İsrail ordusunun artilleriyası Livanın cənubundakı beş sərhəd şəhərini atəşə tutub.
Ucnoqta.az xəbər verir ki, Əl-Mayadin"nin məlumatına görə, artilleriya mərmiləri Əl-Bayada və Əl-Malikiyyə yüksəkliklərində yerləşən mövqelərdən gəlib.
Mərmilərin düşməsi barədə məlumatlar Aytarun, Blida, Beyt Lif, Ramia və Yarun şəhərlərindən alınıb. Yerli hakimiyyət orqanları bir neçə yaşayış binasına ziyan dəydiyini bildirib, lakin itki olmayıb.
İsrail Müdafiə Qüvvələrinin sözçüsü X sosial media saytında bildirib ki, "Hizbullah təşkilatının üzvlərinin şübhəli fəaliyyətinin aşkarlandığı ərazilərə atəş açılır.