"Azeri Light" ucuzlaşıb

09:58 - 14 Fevral 2026 - İQTİSADİYYAT

Dünya bazarlarında "Azeri Light" markalı Azərbaycan nefti cüzi ucuzlaşıb.

Ucnoqta.az xəbər verir ki, Azərbaycan neftinin 1 barelə olan qiyməti 0,46 ABŞ dollar və ya 0,66% azalaraq 69,57 ABŞ dollarına bərabər olub.

Qeyd edək ki, Azərbaycan neftinin əvvəlki qiyməti 70,03 ABŞ dolları təşkil edib.

Xatırladaq ki, Azərbaycanın builki dövlət büdcəsində “Azeri Light” markalı Azərbaycan neftinin 1 barelinin orta qiyməti 65 ABŞ dollarından hesablanıb.

Xəbər xətti