İsrail təhlükəsizlik qüvvələri İordan çayının Qərb sahilində bir sıra reydlər keçirərək 20-dən çox fələstinli radikalı saxlayıb.
Ucnoqta.az xəbər verir ki, bu barədə İsrail Müdafiə Qüvvələrinin mətbuat xidməti məlumat verib.
Bəyanata görə, saxlanılanlar arasında terrorçular və axtarışda olan şəxslər də var.
Digər məsələlərlə yanaşı, saxlanılanlar qanunsuz silah əldə etmək, saxlamaq və ticarət etmək, partlayıcı maddələr istehsal etmək və İsrail əsgərlərinə hücumlar planlaşdırmaqda şübhəli bilinirlər.