Çeçenistan lideri Ramzan Kadırov oğlu və regional təhlükəsizlik şurasının katibi Adam Kadırovun iştirakı ilə baş verən yol qəzası ilə bağlı xəbərləri saxtakarlıq adlandırıb.
Ucnoqta.az xəbər verir ki, o, bu açıqlamanı respublika prokuroru Arsan Adayevlə görüşdə deyib.
"Süni intellektin köməyi ilə hər kəsi aldatmaq olar. Ölkə daxilində 128.000 qəza baş verib, 13.009 nəfər ölüb, amma heç kim vecinə deyil, heç kim heç nə demir. Və yenə də, birdən-birə Kadırovun oğlunun qəzası ilə bağlı bu saxta xəbər bir nömrəli beynəlxalq xəbərə çevrildi", - deyə Çeçenistan lideri bildirib.