ABŞ-Ukrayna təhlükəsizlik sazişi hazırdır - Zelenski

13:20 - 23 Yanvar 2026 - DÜNYA

Vaşinqton və Kiyev arasında təhlükəsizlik sazişi imzalanmağa hazırdır.

Ucnoqta.az xəbər verir ki, bunu Ukrayna prezidenti Volodimir Zelenski deyib. Onun sözlərinə görə, Kiyev ABŞ prezidenti Donald Trampın sazişi imzalamaq üçün tarix və yer barədə razılığa gəlməsini gözləyir.

Zelenski qeyd edib ki, Ukraynanın bərpası ilə bağlı saziş isə hələ yekunlaşdırılmayıb.

O əlavə edib ki, texniki detallara görə, bu sazişə əsaslanan əlavə sənədlər hələ də hazırlanacaq. Zelenski bildirib ki, müqavilə ABŞ Konqresi və Ali Rada tərəfindən təsdiqlənməlidir.

Xəbər xətti