İspaniya Qəzza "Sülh Şurası"nda iştirak etməyəcək

11:11 - 23 Yanvar 2026 - DÜNYA

İspaniyanın Baş naziri Pedro Sançes ölkənin Qəzza Sülh Şurasından çıxmaq qərarını açıqlayıb.

Ucnoqta.az bildirir ki, bu barədə Krallığın Nazirlər Kabinetinin mətbuat xidməti məlumat verib.

Mətbuat xidmətinin məlumatına görə, baş nazir Qəzza Sülh Şurası ilə bağlı İspaniya hökumətinin iştirak etməmək qərarını açıqlayıb.

Baş nazir bildirib ki, bu mövqe Madridin çoxtərəfli qaydalara, beynəlxalq hüquqa və BMT sisteminə sadiqliyini əks etdirir.

Xəbər xətti