Səhhətində yaranmış problem ilə əlaqədar "Azərbaycan Uşaqları" İctimai Birliyinin sədri Kəmalə Ağazadə Sabunçu Tibb Mərkəzinə yerləşdirilib.
Ucnoqta.az xəbər verir ki, aparılmış müayinələrin nəticələrinə əsasən, ona dəqiqləşdirilməmiş pnevmoniya diaqnozu qoyulub.
Onun xəstəxana şəraitində müalicəsinə başlanılıb.