Trampın Fon der Lyayenlə Davos görüşü hələ planlaşdırılmayıb

15:58 - 19 Yanvar 2026 - DÜNYA

İsveçrədə Davos İqtisadi Forumunda ABŞ Prezidenti Donald Tramp və Avropa Komissiyasının prezidenti Ursula fon der Lyayenin Qrenlandiya ilə bağlı görüşü hələ planlaşdırılmayıb, lakin AK bunun mümkünlüyünü istisna etməyib.

Ucnoqta.az xəbər verir ki, bu barədə Avropa Komissiyasının sözçüsü Olof Gill Brüsseldə keçirilən brifinqdə bildirib.

Gill bildirib ki, görüşün mümkünlüyü də istisna edilmir, çünki həm Prezident Tramp, həm də Prezident fon der Leyenin orada olacağı gözlənilir.

Xəbər xətti