Milli Məclisin payız sessiyasının növbəti plenar iclasının tarixi açıqlanıb.
Ucnoqta.az xəbər verir ki, bu barədə spiker Sahibə Qafarova parlamentin bugünkü plenar iclasının yekununda bildirib.
O qeyd edib ki, Milli Məclisin payız sessiyası üzrə növbəti plenar iclası dekabrın 19-da keçiriləcək.