Anar Ələkbərov Xalq yazıçısını belə təbrik etdi

20:49 - 15 Dekabr 2025 - Cəmiyyət

Heydər Əliyev Fondunun icraçı direktoru Anar Ələkbərov bu gün 79 yaşı tamam olan Xalq şairi Ramiz Rövşənin evində qonaq olub.

Ucnoqta.az xəbər verir ki, bununla bağlı Anar Ələkbərov sosial şəbəkədə paylaşım edib:

"Dəyərli Xalq yazıçımız Ramiz Rövşəni ad günü münasibətilə şəxsən təbrik etmək, mədəniyyətimizin bir hissəsinə çevrilmiş bu insanın qonağı olmaq çox xoş idi.

Ramiz Rövşən Azərbaycan ədəbiyyatının və poeziyasının inkişafına böyük töhfə verib, onun yaradıcılığını müxtəlif nəsillər tanıyır və sevir.

Ona möhkəm cansağlığı, uzun ömür və müvəffəqiyyətlər arzulayıram".

Xəbər xətti