Suriyada patrula hücum edənlərdən qisas alınacaq - Tramp

22:42 - 14 Dekabr 2025 - DÜNYA

ABŞ Prezidenti Donald Tramp Vaşinqtonun Suriyada Suriya-Amerika patruluna hücumu törədənlərdən qisas alacağını söylədi.

Ucnoqta.az xəbər verir ki, o, Ağ Evdə keçirilən Milad qəbulu zamanı bildirib.
"Sizə deyə bilərəm ki, Suriyada bunu edən insanlara böyük zərər dəyəcək. Onlar bir nəfəri, bir nəffəri tutdular, amma böyük zərər dəyəcək", - Tramp qeyd edib.

Şənbə günü silahlı şəxs Palmirada Suriya-Amerika birgə patruluna atəş açıb.

Nəticədə iki ABŞ hərbçisi və bir amerikalı mülki tərcüməçi həlak olub. 

Suriya Daxili İşlər Nazirliyinin sözçüsü hücum edən şəxsin təhlükəsizlik qüvvələrinin üzvü olduğunu, lakin komandanlıq vəzifəsi tutmadığını bildirib. O, atışma zamanı zərərsizləşdirilib. 

Xəbər xətti