Baku TV-də kütləvi ixtisarlar həyata keçirilib.
Ucnoqta.az xəbər verir ki, bu barədə tanınmış jurnalist İlhamə Əli sosial şəbəkədə bildirib. Belə ki, adıçəkilən TV-də çalışan jurnalist maliyyə çətinliyi səbəbindən işdən çıxarıldığını qeyd edib. Jurnalist Baku TV-də kütləvi ixtisarların aparıldığını deyib.
Xatırladaq ki, Audiovizual Şuranın qərarı ilə 2022-ildə yeni audiovizual media fəaliyyəti növü olaraq peyk yayımı həyata keçirməyən platforma yayımçısı lisenziyalarının “Baku TV” MMC-yə (televiziya redaksiyasının adı: (“Baku TV”) verib.