Canavarlar kəndə hücum etdi

14:43 - 12 Dekabr 2025 - ÖLKƏ İÇİ

Ucarda vəhşi heyvanlar kəndə hücum edib.

APA-nın xəbərinə görə, hadisə gündüz saatlarında rayonun Alpout kəndində baş verib. Kənd sakini Şamil Hüseynovun fərdi təsərrüfatına sürü halında hücum edən canavarlar 6 baş qoyunu parçalayıb. Ev sahibinin dediyinə görə, ona təxminən 2500 manat maddi ziyan dəyib.

Sakinlər bu cür halların son vaxtlar tez-tez baş verdiyini, qarşısını ala bilmədiklərini bildiriblər.

Xəbər xətti