Növbəti köç karvanı Badara və Ballıcaya çatıb

15:16 - 11 Dekabr 2025 - ÖLKƏ İÇİ

Bu gün köç karvanı ilə Xocalı rayonunun Badara və Ballıca kəndlərinə çatan ailələrə yeni evlərinin açarları təqdim olunub.

Ucnoqta.az xəbər verir ki, bu mərhələdə Badara kəndinə 6 ailə - 18 nəfər, Ballıca kəndinə isə 9 ailə - 38 nəfər köçürülüb.

Doğma yurda köç karvanı ilə qayıdanlar respublikanın müxtəlif yerlərində, əsasən yataqxanalarda, sanatoriya və inzibati binalarda müvəqqəti məskunlaşmış ailələrdən ibarət olub.

Xəbər xətti