"Hamımız çox pis oynadıq ..."

13:24 - 11 Dekabr 2025 - İDMAN

“Qarabağ”ın qapıçısı Mateuş Koxalski UEFA Çempionlar Liqasının 6-cı turunun “Ayaks”la oyununda qeydə alınan məğlubiyyəti (2:4) şərh edib.

Ucnoqta.az xəbər verir ki, millitv.net-ə açıqlama verən polşalı futbolçu nəticəyə görə əsəbi olduğunu bildirib:

“Oyunla bağlı çox danışmaq istəmirəm, çünki olduqca əsəbiyəm və yaxşı olar ki, bir şey deməyim. Sonlara yaxın hamımız çox pis oynadıq və buna görə də rəqib bizi üstələdi. Uzun ötürmələrdə səhvlər etdik. Son iki oyundan ən azı birində qalib gəlmək lazımdır. Necə olacağını bilmirəm. Ümid edək ki, hər şey yaxşı alınacaq və biz yolumuza davam edəcəyik”.

Xəbər xətti