Milli Aeronavtika və Kosmik Tədqiqatlar Administrasiyası (NASA) Mars orbitində MAVEN kosmik gəmisi ilə əlaqəni itirib.
Ucnoqta.az xəbər verir ki, NASA bu barədə mətbuat açıqlamasında bildirib.
Məlumata görə, 6 dekabrda Mars orbitində hərəkət edən NASA-nın MAVEN kosmik gəmisi Yer kürəsindəki yerüstü stansiyalarla əlaqəni itirib.
MAVEN-dən alınan telemetriya məlumatları Qırmızı Planetin arxasından keçməzdən əvvəl onun alt sistemlərinin normal işləməsini göstərib.
"Kosmik gəmi planetin ətrafında dövr etdikdən sonra NASA-nın Dərin Kosmik Şəbəkəsi heç bir siqnal aşkar etməyib", - deyə açıqlamada bildirilir.
MAVEN operatorları problemi araşdırır və həll yolları axtarırlar.
MAVEN 2013-cü ilin noyabr ayında buraxılıb və 2014-cü ilin sentyabrında Mars orbitinə daxil olub. Missiyanın məqsədi planetin yuxarı atmosferini, ionosferini və Günəş və günəş küləyi ilə qarşılıqlı təsirini araşdırmaqdır.///tass