Fransa Prezidenti Emmanuel Makron 15-16 yaşdan kiçik uşaqlar və yeniyetmələr üçün sosial mediaya çıxışı qadağan edən qanun layihəsinin qəbul edilməsini tələb etmək niyyətindədir.
Ucnoqta.az xəbər verir ki, o, bunu ölkənin qərb hissəsindəki Sen-Malo şəhərində Ouest-France nəşrlər qrupunun oxucuları ilə görüşdə açıqladı.
"Bütün sosial şəbəkələrdən yaşlarını təsdiqləmələrini və onu 15-16 yaş olaraq təyin etmələrini tələb edəcəyik. Və deyəcəyik: bu yaşdan kiçik şəxslərin sosial mediaya çıxışı qadağan ediləcək", - deyə prezident bildirib.
Makronun sözlərinə görə, o, müvafiq qanun layihəsinin mümkün qədər tez qəbul edilməsini tələb etmək niyyətindədir. Onun 2026-cı ilin əvvəlində parlamentə təqdim edilməsi gözlənilir.
"Prezidentlik müddətimin sonuna qədər bu qanunun qəbul edilməsinə tamamilə sadiq qala bilərəm", - deyə o vurğulayıb.