Qurban Qurbanovdan AÇIQLAMA

00:12 - 11 Dekabr 2025 - İDMAN

"Oyunçulardan razı qaldım. Azarkeşlər üçün əsl futbol oldu. Futbolçulara təşəkkür edirəm, sona kimi çəkinmədən mübarizə apardılar".

Ucnoqqta.az xəbər verir ki, bu açıqlamanı "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov "Ayaks"la oyundan sonra verib

"Bu günə kimi qalib gəlmişiksə, yenə də qalib gələ bilərik. Qarşıdakı oyuna yaxşı hazırlamağa, komandanı toparlamağa zamanımız olacaq" - təcürbəli mütəxəssis bildirib.

"Qarabağ" UEFA Çempionlar Liqasının əsas mərhələsinin VI turunun oyununda "Ayaks"a 2:4 məğlub olub.

Xəbər xətti