Fransa Milli Assambleyası (parlamentin aşağı palatası) hökumətin ölkənin hərbi büdcəsinin artırılması planını dəstəklədi.
Ucnoqta.az xarici mətbuata istinadən xəbər verir ki, səsvermənin nəticələrini Nümayəndələr Palatasının spikeri Yael Bron-Pivet açıqlayıb.
Səsvermə simvolik idi, çünki ölkənin hərbi büdcəsi hələ dəqiqləşdirilməyib.
Bu, hələ parlament tərəfindən qəbul edilməmiş 2026-cı il dövlət büdcəsi qanun layihəsinin bir hissəsidir.