Şərqi Almaniyanın Brandenburq şəhərində zədələnmiş boru kəmərindən böyük neft sızması baş verib.
Ucnoqta.az xəbər verir ki, DPA xəbər agentliyi bu barədə regional Ətraf Mühit Nazirliyinə istinadən məlumat yayıb.
Nazirliyin məlumatına görə, hadisə PCK neft emalı zavoduna məxsus boru kəmərində aşkar edilib.
Yanğınsöndürənlər hadisə yerindədirlər.
Bu arada, "Märkische Oderzeitung" qəzeti qəzanın boru kəmərində işlər zamanı baş verdiyini yayıbb. Sızma nəticəsində neftin təxminən 25 metr hündürlüyə çatması ilə nəticələnib.
Ətraf mühit naziri Hanka Mittelştaedt zərərin dərəcəsini qiymətləndirmək üçün cümə axşamı günü əraziyə baş çəkməyi planlaşdırdığını açıqlayıb.