UEFA Çempionlar Liqasının əsas mərhələsinin VI turunun "Qarabağ" doğma meydanda Niderlandın "Ayaks" komandasını qqəbul edib.
Ucnoqta.az xəbər verir ki, Tofiq Bəhramov adına Respublika stadionundakı matç "Ayaks"ın qələbəsi ilə yekunlaşıb 2:4. Hesabı Ağdam klubu açsa da niderlandların inamlı oyunu nəticəsində "Qarabağ" meydanı məğlub tərk edib.
Oyunu FIFA referisi Rade Obrenoviçin başçılıq etdiyi hakimlər briqadası idarə edirdi.
UEFA Çempionlar Liqası, Liqa mərhələsi, 6-cı tur
21:45. "Qarabağ" (Azərbaycan) - "Ayaks" (Niderland) - 2:4
Qol: Kamilo Duran, 10 (1:0), Kasper Dolberq, 39 1:1), Mateus Silva, 47 (2:1), Oskar Qlux, 79 (2:2), Anton Qoey, 83 (2:3), Oskar Qlux, 89 (2:4)
Hakimlər: Rade Obrenoviç, Yuri Praprotnik, Qreqa Kordez, Mateo Tozan (Sloveniya)