Lənkəran rayonunda avtomobil piyadanı vurub.
Ucnoqta.az xəbər verir ki, hadisə Lənkəran rayonunun Liman şəhəri ərazisində baş verib.
Hərəkətdə olan nəqliyyat vasitəsi piyada 2012-ci il təvəllüdlü A.Kərimzadəni vurub. Müxtəlif dərəcəli bədən xəsarətləri alan məktəbli dərhal Lənkəran rayon mərkəzi xəstəxanasının təcili yardım şöbəsinə hospitalizasiya olunub.
Faktla bağlı araşdırma aparılır.