Şagirdlərin zəhərləndiyi dönərxana bağlandı

13:42 - 10 Dekabr 2025 - Xəbər

Gəncədə şagirdlərin zəhərlənməsinə səbəb olan dönərxananın fəaliyyəti məhdudlaşdırılıb.

Azərbaycan Qida Təhlükəsizliyi Agentliyindən (AQTA) verilən məlumata görə, Gəncədə baş verən hadisə qurum tərəfindən nəzarətə götürülüb.

Agentliyin müfəttişləri hadisənin baş verdiyi Gəncə şəhərində yerləşən "Nur" dönərxanasına baxış keçirib. Nümunələr götürülərək laborator müayinələrə cəlb olunub, dönərxananın fəaliyyəti məhdudlaşdırılıb. Araşdırmalar davam etdirilir.

Xəbər xətti