Şahdağda qar yağır

13:39 - 10 Dekabr 2025 - ÖLKƏ İÇİ

Dekabrın 10-u saat 13:00-a olan faktiki hava açıqlanıb.

Bu barədə Ucnoqta.az-a Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib.

Bildirilib ki, dekabrın 10-u saat 13:00-a olan məlumatına əsasən ölkə ərazisində yağıntılı hava şəraiti davam edir.

Belə ki, Bakıda və Abşeron yarımadasında, Xaltan, Xaçmaz, İmişli, Sabirabad, Şamaxı, Altıağac, Yardımlı, Lerik, Kürdəmir, Zərdab, İsmayıllı, Ağsu, Yevlax, Hacıqabul, Neftçala, Biləsuvar, Lerik, Lənkəran, Astara, Ağdam, Göygöl, Gəncə, Şəmkir, Tovuz, Balakən, Zaqatala, Şəki, Oğuz, Qobustan, Quba, Qusarda yağış , Şahdağda isə qar yağır.

Ordubad, Sədərək, Gəncə, Şəmkir, Balakən, Zaqatala, Şəki, Oğuz, Qəbələ, Xızı, Qusar, Quba, Yevlax, Göyçay, Lerikdə duman müşahidə olunur.

Xəbər xətti