Astarada iki balıqçı itkin düşdü - ADLARI

15:25 - 10 Dekabr 2025 - ÖLKƏ İÇİ

Astarada dənizdə itkin düşən balıqçıların kimliyi məlum olub.

Ucnoqta.az xəbər verir ki, itkin düşən 1997-ci il təvəllüdlü Turan Həsənov və 1999-cu il təvəllüdlü Ağadədə Həsənovun qohum olduqları bildirilir.

10:38

Fövqəladə Hallar Nazirliyinin “112" qaynar telefon xəttinə Astara rayonu ərazisində Xəzər dənizində 2 nəfərin itkin düşməsi barədə ilkin məlumat daxil olub.

Ucnoqta.az xəbər verir ki, bu barədə FHN-in Mətbuat xidmətinin məlumatında deyilir.

Məlumatla əlaqədar dərhal FHN-nin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-xilasediciləri axtarışlara cəlb olunub və aidiyyəti qurumlar məlumatlandırılıb.

Hazırda itkin düşdüyü ehtimal olunan şəxslərin axtarışları davam etdirilir.

Əlavə məlumat veriləcək.

Xəbər xətti