Gəncədə məktəblilər dönərdən zəhərləndi - ADLARI

08:41 - 10 Dekabr 2025 - ÖLKƏ İÇİ

Gəncədə orta məktəb şagirdləri arasında zəhərlənmə faktı qeydə alınıb.

Ucnoqta.az xəbər verir ki, Gəncə şəhəri, M. Ş. Vazeh adına 16 nömrəli tam orta məktəbin şagirdləri yedikləri dönərdən zəhərləniblər.

7 nəfər şagird zəhərlənmə diaqnozu ilə xəstəxanaya yerləşdirilib.

Zəhərlənənlər 2015-ci il təvəllüdlü F. İsmayılov, 2015-ci il təvəllüdlü X. Tağıyeva, 2014-cü il təvəllüdlü Ə. Zeynalov, 2015-ci il təvəllüdlü N. Məmmədova, 2015-ci il təvəllüdlü A. Məmmədzadə, 2014-ci il təvəllüdlü T. Cəfərzadə, 2015-ci il təvəllüdlü H. Huseynli və 2015-ci il təvəllüdlü Ə. Mirzəyevdir.

Məlumata görə, hazırda zəhərlənən şagirdlərin vəziyyətləri normaldır. 

Faktla bağlı araşdırma aparılır.

Xəbər xətti