"Azərişıq" əməkdaşı dirəkdən yıxıldı

16:12 - 9 Dekabr 2025 - ÖLKƏ İÇİ

Qaxda "Azərişıq" əməkdaşı elektrik dirəyindən yıxılıb.

Ucnoqta.az Milli.az-a istinadla xəbər verir ki, hadisə saat rayonun Ağçay kəndi ərazisində, Qax-İlisu avtomobil yolunun kənarında baş verib.

Elektrik dirəyində təmir işləri aparan "Azərişıq"ın Qax rayon Elektrik Şəbəkəsinin əməkdaşı, 38 yaşlı Qax şəhər sakini Elçin Arif oğlu Bilalov ehtiyatsızlıqdan yıxılıb.

Müxtəlif dərəcəli bədən xəsarətləri alan E. Bilalov Qax Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.

Xəbər xətti