Tailand ordusu Kambocanın silah istifadə etməyə hazır olması səbəbindən Kamboca hərbi obyektlərinə qabaqlayıcı hücum edib.
Ucnoqta.az xəbər verir ki, bu barədə Tailand-Kamboca Sərhəd Vəziyyətinin İdarə Edilməsi üzrə Xüsusi Əməliyyatlar Mərkəzinin sözçüsü Surasan Xonqsiri brifinqdə bildirib.
O, qərarın düşmənin raketlərə sahib olması və onlardan istifadə etməyə hazır olmasından ibarət Kambocadan qaçılmaz təhlükənin olması səbəbindən verildiyini bildirib.
Xonqsiri zərbənin "hərbi hədəfləri" hədəf aldığını vurğulayıb.