"Gəlinimdən cehiz almayacağam"

17:20 - 9 Dekabr 2025 - Cəmiyyət

Xalq artisti Könül Xasıyeva oğlu ilə bağlı arzusunu bölüşüb.

Ucnoqta.az xəbər verir ki, muğam ifaçısı "Evdəkilərə salam" proqramında gəlindən cehiz almayacağını deyib. O bildirib ki, hər şeyi özü alacaq:

"Kazım evlənəndə gəlindən heç nə istəmirəm. Gəlin cehiz gətirir, heç birin gətirməsin. Bir Kazımın barmağına balaca üzük taxsın. Bir də bu evə sevinc, şadlıq, sədaqət, inam, balama sevgi gətirsin. Ayrı bir çöp istəmirəm. Hər şey etmişəm. Oğlumun otağını da ayırmışam. İçində hər şey var, bircə mebellərin almamışam. Gəlin gedər özü baxıb seçər, mən də pulunu verəcəyəm. Mənim qızım yoxdur, qız arzulamışam. Gələn mənim qızım olacaq".///axsam.az

Xəbər xətti