Nazir polkovnik-leytenantı yeni vəzifəyə təyin etdi

10:00 - 9 Dekabr 2025 - Cəmiyyət

Fövqəladə Hallar Nazirliyinin (FHN) Şirvan Şəhər Dövlət Yanğından Mühafizə Dəstəsinə yeni rəis əvəzi təyin olunub. 

Ucnoqta.az xəbər verir ki, fövqəladə hallar naziri general-polkovnik Kəmaləddin Heydərovun müvafiq əmri ilə polkovnik-leytenant Sənan Niyazov sözügedən vəzifəyə gətirilib. 

Qeyd edək ki, bu ilin aprel ayında Şirvan Şəhər Dövlət Yanğından Mühafizə Dəstəsinin rəisi polkovnik-leytenat Vüsal Yolçiyev vəzifəsindən azad olunaraq, Salyan Rayon Dövlət Yanğından Mühafizə Hissəsinin rəisi təyin olunmuşdu. Bu təyinatdan sonra Şirvan Şəhər Dövlət Yanğından Mühafizə Dəstəsinin rəisi vəzifəsi boş qalmışdı. ///qaynarinfo

Xəbər xətti