Piylənmə, depressiya, yuxu çatışmazlığı … - 12 yaşdan kiçik uşaqlara ...

10:51 - 9 Dekabr 2025 - DİGƏR

ABŞ-da aparılan bir araşdırma 12 yaşından kiçik smartfona sahib olmağın piylənməyə, depressiyaya və yuxu çatışmazlığına səbəb olduğunu aşkara çıxarıb.

Ucnoqta.az xəbər verir ki, ABŞ-nin Pediatrics jurnalında dərc olunan bir araşdırmaya görə, 12 yaşından kiçik smartfon istifadə edən uşaqlarda zehni və fiziki sağlamlıq problemləri xeyli yüksəkdir.

9-16 yaş arası 10.000-dən çox uşağı araşdıran bir araşdırmada, tədqiqatçılar, uşağın smartfonla nə qədər kiçik yaşda tanış olduğu, yuxu çatışmazlığı, piylənmə və depressiya inkişaf riskinin bir o qədər yüksək olduğunu müəyyən ediblər.

Tədqiqat nəticəsində məlum olub ki, smartfonu olmayan 12 yaşlı uşaqlarla müqayisədə smartfonu olan uşaqlarda depressiya riski 1,3 dəfə, piylənmə riski 1,4 dəfə və yuxu çatışmazlığı riski 1,6 dəfə artır.

Tədqiqatın aparıcı müəllifi Dr. Ran Barzilay CBS News-a bildirib ki, "Uşaqların telefonlarında nə etdiklərinə belə baxmadıq; sadəcə sadə bir sual verdik: Bu yaş qrupunda öz smartfonlarının olmasının sağlamlığa hər hansı təsiri varmı? Həmçinin uşaqların planşet kimi digər texnoloji cihazlara sahib olma ehtimalını da nəzərə aldıq və bu, nəticələri dəyişdirmədi."

Barzilay həmçinin qeyd edib ki, tədqiqatın nəticələri uşaqlarına 12 və ya daha kiçik yaşlarında smartfon verən valideynləri qınamaq üçün nəzərdə tutulmayıb.

Xəbər xətti