79 yaşlı Stallone ictimaiyyət qarşısına əsa ilə çıxdı

00:25 - 9 Dekabr 2025 - MAQAZİN

79 yaşlı amerikalı aktyor Silvestr Stallone və həyat yoldaşı Cennifer Flavin ictimai tədbirdə iştirak ediblər.

Ucnoqta.az bildirir ki, barədə The Daily Mail xəbər verir. Aktyor Vaşinqtondakı Kennedi Mərkəzi Opera Evində mükafatla təltif edilib. O, kamera qarşısına qara smokinq və ağ köynək və qalstukla çıxıb. O, həmçinin qeyri-adi aksesuar - əsa seçib.

Sevgilisi parlaq gümüşü rəngli köynək və qara ətək geyinib. O, geyimini saç düzümü, zərif makiyaj, boyunbağı, sırğa və sivri ayaqqabılarla tamamlayıb.
Məşhurun sağlamlığı ilə bağlı heç bir rəsmi açıqlama verilməyib. Lakin məlumdur ki, aktyor karyerası boyunca bir çox tryukları özü yerinə yetirib və nəticədə ciddi xəsarətlər alıb.

Xəbər xətti