Zaqatalada avtomobil 57 yaşlı piyadanı vurub öldürdü

11:52 - 6 Dekabr 2025 - Xəbər

Zaqatalada piyada ölümü ilə nəticələnən qəza baş verib.

DİN-in Mətbuat Xidmətinin regional qrupundan Ucnoqta.az-a bildirilib ki, bu gün səhər saatlarında Zaqatala rayonunun Aşağı Tala kəndi ərazisində Rövşən Hazmanov idarə etdiyi “VAZ-21099” markalı avtomobillə yolu keçən piyada, 1968-ci il təvəllüdlü Dilbər Osmanovanı vurub.

Piyada aldığı xəsarətlərdən ölüb.

Faktla bağlı ərazi üzrə polis orqanında cinayət işi başlanılıb, araşdırmalar aparılır.

Xəbər xətti