Finlandiya, Danimarka və İsveç silahlı qüvvələri Norfolkdakı NATO komandanlığına keçir.
Ucnoqta.az xəbər verir ki, bu barədə Finlandiya Müdafiə Nazirliyinin mətbuat xidməti məlumat verib.
Qeyd olunur ki, Finlandiya 2025-ci il dekabrın 5-i, cümə günü Norfolkdakı NATO Birgə Qüvvələr Komandanlığına keçəcək. İsveç və Danimarka da eyni vaxtda bu komandanlığa keçəcək. Bu andan etibarən ittifaq daxilindəki bütün Skandinaviya ölkələri vahid komandanlıq altında olacaq.