Avstraliya GMLRS raketlərinin yerli istehsalına başlayır

08:42 - 5 Dekabr 2025 - DÜNYA

İdarəolunan Çoxsaylı Atışlı Raket Sistemlərinin (GMLRS) istehsalına Avstraliyanın cənubundakı yeni bir müəssisədə başlanılacaq.

Ucnoqta.az bildirir ki, müdafiə naziri Riçard Marles bu barədə məlumat verib.

Nazirin açıqlamasında qeyd olunub ki, "Lockheed Martin Australia" tərəfindən Port Ueykfilddə inşa edilən müəssisə 2025-ci ilin sonuna qədər fəaliyyətə başlayacaq.

Orada Avstraliya Ordusu üçün GMLRS dəqiq idarə olunan sursatlar istehsal olunacaq.

GMLRS sursatlarının bu yaxınlarda Kanberra tərəfindən Avstraliya Ordusunun modernləşdirilməsi və gücləndirilməsi proqramının bir hissəsi olaraq alınan Yüksək Mobillikli Artilleriya Raket Sistemi (HIMARS) ilə birlikdə istifadə edilməsi planlaşdırılır.

Xəbər xətti