Dövlət Departamenti Kanadaya 2,68 milyard dollarlıq sursat satışını təsdiqlədi

00:56 - 5 Dekabr 2025 - DÜNYA

Dövlət Departamenti Kanadaya potensial 2,68 milyard dollarlıq sursat satışını, o cümlədən hava bombalarını və əlaqəli logistika dəstəyini təsdiqləyib.

Ucnoqta.az xəbər verir ki, bu barədə hökumətlərarası müqavilələr çərçivəsində xaricə hərbi texnika və silah satışından məsul olan Pentaqonun Xarici Təhlükəsizlik Əməkdaşlıq Agentliyi məlumat verib.

Açıqlamaya görə, Kanada hakimiyyəti əvvəllər ABŞ-dan, həmçinin BLU-117, BLU-109, BLU-111 və GBU-39 hava bombaları, müxtəlif əlaqəli avadanlıqlar və təlim sursatları tələb etmişdi.

Sənəddə vurğulanır ki, təklif olunan satış NATO müttəfiqinin döyüş qabiliyyətini artırmaqla ABŞ-ın xarici siyasəti və milli təhlükəsizlik məqsədlərinə uyğun olacaq. 

Xəbər xətti