Lopez Afflekin döyməsini sildi

00:27 - 5 Dekabr 2025 - MAQAZİN

Müğənni Cennifer Lopez boşanmasından bir il sonra Ben Afflekin şərəfinə etdiyi döyməsini silib.

Ucnoqta.az xəbər verir ki, bu barədə The Sun məlumat verib.
Mənbənin məlumatına görə, son konsertləri zamanı pərəstişkarları J.Lonun sonsuzluq döyməsinin dəyişdirildiyini görüblər. Ulduzun indi onun yerinə kolibri var.

Lopez əvvəlki döyməsini 2023-cü ildə, Sevgililər Günü ərəfəsində etdirib. Cütlüyün adları ilə yanaşı, üzərində ox olan sonsuzluq simvolu təsvir olunub.

Xəbər xətti