Sloveniya İsrailin qəbul edilməsi səbəbindən Avstriyanın paytaxtında keçiriləcək 2026-cı il Avroviziya Mahnı Müsabiqəsində iştirak etməkdən imtina edən İrlandiya, İspaniya və Hollandiyaya qoşulub.
Ucnoqta.az bildirir ki, Avstriya televiziya kanalı OE24 xəbər verir.
O, Belçika və Portuqaliyanın da hazırda nümayəndələrini Vyanaya göndərib-göndərməməyi müzakirə etdiyini açıqlayıb.
Müsabiqənin təşkilatçıları olan Avropa Yayım Birliyinin 4 dekabrda verdiyi məlumata görə, üzvlərinin əksəriyyəti İsrailin müsabiqəyə qəbul edilməsinin təşkilatın Cenevrədəki Baş Assambleyasında səsverməyə çıxarılmasına qarşı səs verib.