Yaponiyada baş verən böyük yanğında təxminən 200 ev yanıb
Ucnoqta.az xəbər verir ki, Yaponiya televiziya kanalı NHK-nın məlumatına görə, Kyuşu adasındakı Oita şəhərində böyük yanğın 170-dən çox binanı məhv edib.
Yanğın 18 noyabrda başlayıb və xilasedicilər hələ də onun yaşayış məntəqələrinə yayılmasının qarşısını ala bilməyiblər. Yanğınsöndürənlər 12 saatdan çoxdur ki, alovla mübarizə aparırlar. Yanğın ətrafdakı meşələri də əhatə edib.
Dağılan binalar arasında bir çox yaşayış binasının olduğu məlumdur. 175 nəfər hazırda təxliyə sığınacağı kimi xidmət edən yaxınlıqdakı icma mərkəzində saxlanılır. 76 yaşlı bir kişinin də itkin düşdüyü bildirilir.