Şəmkirdə ev sahibini hədələyən yeniyetmələr saxlanıldı

09:19 - 19 Noyabr 2025 - ÖLKƏ İÇİ

Noyabrın 18-də gecə saatlarında Şəmkirdə yerləşən yaşayış evlərindən birinə daxil olan iki naməlum şəxs ev sahibini kəsici alətlə hədələyərək pulunu və evin açarlarını ələ keçiriblər.

DİN-in mətbuat xidmətindən Ucnoqta.az-a verilən xəbərə görə, polis əməkdaşları tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində qeyri-aşkar şəraitdə cinayət əməlini törətməkdə şübhəli bilinən şəxslər müəyyən olunublar.

Davam etdirilən tədbirlərlə 2010-cu il təvəllüdlü Elay İsgəndərov və 2007-ci il təvəllüdlü Cəsur Qarayev saxlanılaraq istintaqa təhvil verilib.

Faktla bağlı Cinayət Məcəlləsinin quldurluq maddəsi ilə başlanan cinayət işi üzrə istintaq hərəkətləri aparılır.

Xəbər xətti