ABŞ-nin B-52 bombardmançıları Almaniya üzərində təlimlər keçirir

19:09 - 17 Noyabr 2025 - DÜNYA

ABŞ-ın B-52 strateji bombardmançı təyyarələri Şimali Almaniya üzərində səmada təlimlər keçirir.

Ucnoqta.az xəbər verir ki, bu barədə Kieler Nachrichten qəzeti məlumat verib.

Qəzetin məlumatına görə, ABŞ təyyarələri ötən həftənin ortalarından bəri demək olar ki, hər gün Şlezviq-Holşteyn və Meklenburq-Vorpommern üzərindən uçuşlar həyata keçirir.

Manevrlər ABŞ-nin İspaniyanın Morón de la Frontera şəhərindəki bazadan keçirdiyi Bombardmançı Task Force Europe 26-1 təliminin bir hissəsidir. B-52-lərin daşıdığı silahlar haqqında məlumat məxfi saxlanılır.

Bild qəzetinin ABŞ ordusunun sözçüsünə istinadən verdiyi məlumata görə, manevrlərin məqsədi müttəfiqlərlə çeviklik və koordinasiyanı artırmaqdır.

Xəbər xətti