Xəbər verdiyimiz kimi, bu gün günorta saatlarında "Azərsilah" Müdafiə Sənayesi Holdinqi" QSC-nin strukturuna daxil olan "Sənayecihaz" Elmi-İstehsalat Müəssisəsinin Şirvan şəhərində yerləşən zavodlarından birində istehsalat qəzası baş verib. Qəza nəticəsində müəssisənin əməkdaşı İsmayılov Adil Balaş oğlu həlak olub.
Ucnoqta.az xəbər verir ki, qəza nəticəsində dünyasını dəyişən Adil İsmayılov Sınaq Sahəsinin rəisi vəzifəsində çalışıb.
1969-cu il 3 sentyabrda Yardımlı rayonunun Arus kəndində anadan olan mərhum 1993-1994-cü illərdə Azərbaycan Respublikası Müdafiyə Nazirliyinin N saylı hərbi hissəsinin tərkibində Ağdərə və Tərtər istiqamətində gedən döyüşlərdə iştirak edib.
1994-2010-cu illərdə Daxili Qoşunlarda xidmət edib. Xidmət müddətində Xidmətdə fərqlənmə döş nişanı, Qüsursuz Xidmətə görə medalın I, II, III dərəcələri və Yubiley medalları ilə təltif olunub.
2010-cu ildə mayor rütbəsində ehtiyata buraxıldıqdan sonra Müdafiə Sənayesi Nazirliyinin müəsisələrinin birində Mühəndis-sınaqçı, daha sonra Sınaq Sahəsinin rəisi vəzifəsində çalışıb.
44 günlük Vətən müharıbəsi zamanı MSN istehsal olunan məmulatların tətbiqi və istismarına etdiyi köməyə görə mükafatlandırılıb.
Ailəlidir, 3 övladı var. (Mənbə Qaynarinfo.az