Fransa Milli Assambleyasının (parlamentin aşağı palatası) üzvləri pensiya yaşının 62-dən 64-ə qaldırılmasını təklif edən pensiya islahatının dayandırılması ilə bağlı düzəlişi qəbul etdilər.
Ucnoqta.az xəbər verir ki, səsvermənin nəticələrinə əsasən qərar qəbul edilib.
Tədbirin lehinə 255 üzv, əleyhinə isə 146 üzv səs verib.
Səsvermədə cəmi 505 üzv iştirak edib, onlardan 104-ü bitərəf qalıb. Beləliklə, Fransa dünyada pensiya yaşının artırılmasını müvəqqəti də olsa dayandıran ilk ölkə olub.