Yaponiya hökuməti xarici turistlər üçün viza rüsumlarını artırmağı planlaşdırır.
Ucnoqta.az xəbər verir ki, bu barədə Kyodo xəbər agentliyi məlumat verib.
Agentliyin məlumatına görə, bu artım 2026-cı maliyyə ilinin əvvəlində planlaşdırılır. Lakin artımın məbləği hələlik dəqiqləşdirilməyib.
Bu, Yaponiyanın müasir tarixində xarici turistlər üçün viza rüsumlarında ilk artım olacaq.
Hazırda Yaponiyaya tək girişli turist vizasının rüsumu 3000 yen (19.50 dollar), çox girişli turist vizasının rüsumu isə 6000 yen (39 dollar) təşkil edir.
Hökumət vurğulayır ki, bu, ABŞ-a (185 dollar), Böyük Britaniyaya (167 dollar) və ya Aİ-yə (104 dollar) turist vizasının qiymətindən xeyli aşağıdır.