ABŞ Polşaya MEROPS dron əleyhinə sistemləri çatdırıb.
Ucnoqta.az xəbər verir ki, Polşanın müdafiə naziri Vladislav Kosiniak-Kamış bunu X-də açıqlayıb.
Kosiniak-Kamış bildirib ki, ABŞ-nin MEROPS dron əleyhinə sistemləri artıq Polşadadır. Sistemlər NATO-nun şərq cinahında yerləşdirilir və bu da dronları aşkarlamaq və onlarla mübarizə aparmaq qabiliyyətimizi artırır.