Fransada sürücü avtomobili izdihamın üzərinə sürüb

15:05 - 5 Noyabr 2025 - DÜNYA

Fransanın qərbindəki Oleron adasında avtomobilin qəsdən bir qrup piyadanı vurması nəticəsində təxminən 10 nəfər yaralanıb.

Ucnoqta.az bildirir ki, bu barədə LCI televiziya kanalı məlumat verib.

Hadisə yerli vaxtla səhər saat 8:45-də baş verib. Sürücü Dolus-d'Oleron və Saint-Pierre-d'Oleron kəndləri arasındakı yolda bir neçə piyada və velosipedçini vurub.

Daha sonra kişi avtomobilini yandırmağa cəhd edib, lakin hadisə yerinə gələn jandarmlar tərəfindən saxlanılıb.

Televiziya kanalı La Roşel prokurorluğuna istinadən bildirib ki, sürücü həbs zamanı ərəb dilində dini şüarlar qışqırırmış.

Xəbər xətti