Venesuela ABŞ təcavüzü halında hərtərəfli müdafiəyə hazırdır - Maduro

08:19 - 5 Noyabr 2025 - DÜNYA

Venesuelada ABŞ təcavüzü halında hərtərəfli müdafiə planı və silahlı mübarizəyə keçid qəbul edilib.

Ucnoqta.az xəbər verir ki, bu barədə Bolivar Respublikasının Prezidenti Nikolas Maduro hakim Venesuela Birləşmiş Sosialist Partiyasının (PSUV) və partiyanın gənclər qanadının Venezolana de Television televiziya kanalında yayımlanan fövqəladə qurultayında bildirib.

Maduro bildirib ki, Vətənin hərtərəfli müdafiəsi strateji konsepsiyası çərçivəsində, Venesuelanın ABŞ imperiyası tərəfindən hücuma məruz qalması halında milli və qitə miqyasında silahsız mübarizədən silahlı mübarizəyə keçid üçün plan qəbul edilib.

O, planın Venesuelanın ərazi bütövlüyünü, ləyaqətini, sülh hüququnu və gələcəyini müdafiə etmək üçün silahlı mübarizəyə keçidi nəzərdə tutduğunu bildirib.

Prezident əlavə edib ki, heç kim Venesuelanın müstəqillik və yaşam hüququnu əlindən almayacaq.

Xəbər xətti