Brüssel Zaventem Beynəlxalq Hava Limanı naməlum dron aşkarlanması səbəbindən bütün uçuşları təxirə saldı.
Ucnoqta.az bildirir ki, RTBF bu barədə məlumat verib.
"Təhlükəsizlik səbəbi ilə bütün uçuşlar müvəqqəti olaraq təxirə salınıb", - deyə kanal Skeyes hava nəqliyyatının idarə olunması nümayəndəsinə istinadən bildirib.
Brüsselə gələn bəzi uçuşlar Lyej Hava Limanına yönləndirilib.