Venesuela yaxınlığında ABŞ-nin iki təyyarədaşıyan gəmisi yerləşdirilib

08:26 - 1 Noyabr 2025 - DÜNYA

ABŞ "Iwo Jima" və "Gravely" təyyarədaşıyan gəmilərini Venesuelanın zərbə məsafəsinə yerləşdirib.

Ucnoqta.az xəbər verir ki, Newsweek jurnalı bu barədə peyk görüntülərinə istinadən məlumat yayıb.

Jurnalın məlumatına görə, ABŞ ordusu narkotik qaçaqmalçılığı ilə məşğul olduğu güman edilən gəmilərə bir sıra zərbələrdən sonra Karib dənizindəki mövcudluğunu gücləndirib ki, bu da Pentaqonun mümkün hərbi əməliyyatlara artan hazırlığının göstəricisi ola bilər.

Xəbər xətti