Alonso Vinisiusu cəzalandırmayacaq

14:54 - 31 Oktyabr 2025 - İDMAN

"Real Madrid"in hücumçusu Vinisius Junior "Barselona" ilə matçdakı davranışına görə cəzalandırılmayacaq.

Ucnoqta.az xəbər verir ki, bu barədə Madrid klubunun baş məşqçisi Xabi Alonso açıqlama verib.

Oktyabrın 26-da "Real Madrid" İspaniya çempionatının onuncu turunda "Barselona"nı 2-1 hesabı ilə məğlub edib. Vinisius ikinci hissədə əvəzetməsindən narazı qalıb və meydanı tərk edərkən məşqçinin əlini sıxmayıb.

"Marca" hücumçunun klubdan ayrılmaqla hədələdiyini bildirib. Daha sonra o, açıqlamasında Xabi Alonsonu qeyd etmədən davranışına görə üzr istəyib.

"Çərşənbə günü, iki günlük istirahətdən sonra bütün oyunçularla görüşdük. Vinisius qüsursuz idi, ürəkdən danışdı və mən məmnun qaldım. Ən əsası onun komanda yoldaşlarına və azarkeşlərə dedikləridir. Məsələ artıq bitib", - deyə "Marca" Xabi Alonsonun sözlərini sitat gətirir.

Məşqçi əlavə edib ki, braziliyalı oyunçunun davranışından məmnundur. "Hamımız eyni qayıqdayıq və eyni istiqamətdə avarçəkənik", - Xabi Alonso əlavə edib.

Xəbər xətti